BANK

ABA-da Azərbaycanda bank sektorunun hazırki vəziyyəti müzakirə olunub
06 SENTYABR
759

ABA-da Azərbaycanda bank sektorunun hazırki vəziyyəti müzakirə olunub

2017-09-06 19:32:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin və icraçı direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Makroiqtisadi Dəstək Proqramı üzrə məsul şəxs Reto Veyerman və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz regionu üzrə direktor müavini Simone Haeberli ilə görüşündə Azərbaycanda bank sektorunun hazırki vəziyyəti müzakirə olunub.

ABA-dan Fins.az-a bildiriblər ki, görüşdə ABA-nın fəaliyyəti və onun bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasındakı rolu, müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər nəzərdə keçirilib. Qurumun nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb, ABA-nın SECO ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb.

R.Veyermenin "Hüquqi məsələlər" üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və "ÇYP və Komplayns" üzrə Ekspert Qrupunun sədri Anar Kərimov ilə görüşü olub. Görüşdə Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən "Daşınar əmlakın yüklülüyü haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

                                                                        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285