BANK

"Bitcoin"in dəyəri 5000 dolları keçdi
05 SENTYABR
331

"Bitcoin"in dəyəri 5000 dolları keçdi

2017-09-05 11:35:00

Rəqəmsal pul vahidi "Bitcoin"in dəyəri tarixi rekordu təzələyib.

Fins.az xəbər verir ki, kriptovalyuta 5013 dollara qədər yüksəlib. Qeyd edək ki, ingilis, alman, eləcə də, ispan riyaziyyatçılarının rəyinə görə, 2025-ci ildə kriptovalyuta bazarı 50 faizə qədər düşəcək. Əvəzində digər valyutaların bazarı artacaq.

Nəzərə çatdıraq ki, kriptovalyuta bazarının kapitalizasiyası 150 milyard dollara yüksəlib.
Birinci yeri "Bitcoin" tutur. Kriptovalyutanın bazar kapitalizasiyası 69,2 milyard dollar təşkil edir. İkinci yerdə "Ethereum" gəlir. "Ethereum"un bazar dəyəri 30,1 milyard dollardır. 

Üçüncü sırada 10,9 milyard dollar bazar kapitalizasiyası ilə "Ripple", dördüncü sırada 10,8 milyard dollar bazar kapitalizasiyası ilə "Bitcoin Cash" yer alır.

©oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285