BANK

Vahid Əhmədovdan manatla bağlı açıqlama
31 AVQUST
8432

Vahid Əhmədovdan manatla bağlı açıqlama

2017-08-31 15:58:00

“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”.

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib

Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq:

“Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır. Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır” 

V.Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir 

“İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bütün bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285