BANK

Qlobal kriptovalyuta bazarının həcmi 160 mlrd. dolları ötüb
29 AVQUST
173

Qlobal kriptovalyuta bazarının həcmi 160 mlrd. dolları ötüb

2017-08-29 19:00:00

Dünyada tədavül edən bütün kriptovalyutaların məcmu dəyəri 160 mlrd. ABŞ dollarını ötüb. 

Fins.az Report -a istinadən xəbər verir ki, bu məlumat "Coinmarketcap" kriptovalyuta araşdırma və xəbər saytında yayımlanıb. 

Kriptovalyutaların məcmu kapitallaşmasının artmasına səbəb bitkoin və efir virtual valyutalarının qiymətlərinin yüksəlməsi amili olub.

"Coindesk.com" kriptovalyuta alqı-satqısı saytının məlumatına görə, bitkoin rekord həddindən 3,3% aşağı - 4 370 dollara, efir isə 5,8% aşağı - 360 dollara, yeni bitkoin olan "bitkoin kəş" isə 3,6% aşağı - 600 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294