BANK

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
29 AVQUST
202

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2017-08-29 17:58:00

29 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105007550 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli, illik 15% olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 80.0658 AZN (28.7946%) və 107.0103 AZN (11.0000%) olan 13 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.5568 AZN (11.8000%), orta ölçülmüş qiyməti 106.3283 AZN (11.3735%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 21,547,200.00, yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 27 avqust 2019-cu il.

Hərrac iştirakçıları 30 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285