BANK

İpoteka Fondunun 410 milyon manata yaxın borcu yaranıb
29 AVQUST
517

İpoteka Fondunun 410 milyon manata yaxın borcu yaranıb

2017-08-29 15:09:00

“Azərbaycan İpoteka Fondu” ASC-nin aktivləri 2017-ci ilin əvvəlindən 14,04%, illik müqayisədə isə 19,51% artaraq cari il iyulun 1-nə 790 milyon 412 min  787 manata çatıb.

 Aktivlərin 74,59%-i və ya 589 milyon 577 min 151 manatı ipoteka kreditləri, 7,52%-i və ya 59  milyon 460 min 329 manatı banklarda yerləşdirilmiş depozitlər, 15,25%-i və ya 120 milyon 508  min 340 manatı ödəniş tarixinədək saxlanılan investisiyaların payına düşür.

Fondun cəmi öhdəlikləri ilin əvvəlindən və illik müqayisədə hər iki halda 19,02% artaraq 409 milyon 301 milyon 836 manata yüksəlib. Nizamnamə kapitalı 6,78% artaraq 365  milyon 927 min 110 manat təşkil edib. Cari il iyulun 1-nə bölüşdürülməmiş mənfəət 7 053 987 manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,76% çox, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3,6 dəfə azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285