BANK

Mərkəzi Bank hərraca 150 milyonluq not çıxaracaq
29 AVQUST
288

Mərkəzi Bank hərraca 150 milyonluq not çıxaracaq

2017-08-29 12:08:00

30 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 Birjadan Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50100160S

Hərraca çıxarılan həcm

150 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün

Ödəmə tarixi

27.09.2017

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

 

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285