BANK

Problemli kreditlerin yenidən qiymətləndirilməsi və nəticələri
29 AVQUST
1845

Problemli kreditlerin yenidən qiymətləndirilməsi və nəticələri

2017-08-29 10:49:00

Problemli kreditlərin yenidən qiymətləndirilməsi və nəticələri.

Son iyirmi beş ildə tez tez görünən iqtisadi krizislər,bu sahədə çalışan iqtisadçıları daha cox şaxəli analizlər aparmağa,problemləərin həlli istiqamətində addımlar atmağa vadar etmişdir.İqtisadi krizizlər zamanı ən böyük yeri problemli kreditlər tutmaqdadır. Bank krizlərinin əsaslı problemləri yüksək faizli kreditlərin verilməsi və milli valyutanın kəskin dəyər itirməsi əsasında baş verir.Makro iqtisadi balansın pozulması sonunda real sektorda fəaliyyət göstərən və bu fəaliyyətini böyük həcmdə banklardan alınan kreditlərlə həyata keçirən sahibkarları borclarını vaxtında geri qaytarmaqda çətinlik yaşadır.

Problemli kreditlərin yaranma səbəblərinə baxdıqda iki əsas hissəyə bölmək olar.

  • Daxili amillər

  • Xarici amillər

Daxili amillər - Bank və müştəri arasında bir sıra anlaşılmazlıqlar nəticəsində yaranan problemlər aid etmək olar.Bunların ozlərini də Banklar tərəfindən və ya müştəri tərəfindən qaynaqlanan problemlərə bölmək mümkündür.

  • Banklardan qaynaqlanan problemlərə,peşəkar əməkdaşların olmaması,düzgün satış planlarının tətbiq edilməməsi,müştərilərin düzgün təhlili,kreditlərin təminatı və kredit portfelinin düzgün diversifikasiyasının aparılmamasını misal gətirmək olar.

  • Sahibkarlar tərəfindən qaynaqlanan problemlərə,ümumi olaraq idarəetməsini,mövcud bazarın vəziyyəti,sahibkarın mövcud maliyyə vəziyyətini misal gətirmək olar.

Xarici amillər -tərəflərin iradələrindən asılı olmayan problemlər nəticəsində baş verən problemlərdir.İqtisadi,siyasi,texnoloji və təbii hadisələrin nəticəsində yarana problemli kreditlər.

Bütün adı çəkilən amillərin hər biri problemli kreditlərin yaranmasına səbəb olur.

Ümumilikdə götürdükdə isə daxili amillər nəticəsində yaranan problemli kreditlər əksəriyyəti fərdi nöqsanlar zamanı baş verdiyi üçün Bankların və real sektorun inkişafına bir o qədərdə ciddi təsir etmir. Xarici amillər nəticəsində yaranan problemlər ümumi iqtisadiyyata ,real sektora və Bank sektoruna təsir etdiyi üçün çox ciddi problemlərlə üzləşməli olurlar.

1930 cu illərdə yaranan iqtisadi problemlər zamanı Dövlətlər özləri həmin problemləri həlli mexanizmlərini hazırlamış və tətbiq etmişlər.1980- cı ildən etibarən isə azad bazar iqtisadiyyatı anlayışı çərçivəsində problemlərin həlli üstünlük təşkil etmişdir.

Dünya praktikasında İqtisadi krizizlər zamanı atılan addımlara misal olaraq

London Krizisi zamanı tətbiq edilən London yanaşmasını misal gətirmək olar.1970- ci ildə Londonda yüksək infiliyasiya nəticəsində baş vermiş İqtisadi krizisdə real sektorda fəaliyyət göstərən şirkətlər ciddi problemlərlə üzləşmişlər.Banklar isə real sektora verilən kreditlərin geri alınması ,problemli kreditlərin həcminin azaldılması üçün kredit təqib idarələri yaratmış və problemli kreditlərin yenidən qiymətləndirilməsini edilməsinə çalışılmışdır.London Mərkəzi Bankı həmin dövrdə yalnız tövsiyyə xarakterli qərarlar qəbul etdiyi üçün ,bu krizisinin həllinə heç bir təsir edə bilməmişdir.İqtisadi krizisinin ölkə səviyyəsində ciddi problemlər yaratdığını anlayan London Mərkəzi Bankı bir sıra addımlar atmışdır.

  • Uzun müddət iqtisadi krizisə tab gətirən şirkətləri,fərdi sahibkarları qısa müddətli çətinliklər zamanı iflasa uğramasının qarşısının alınması.

  • Şirkətlərin yenidən qurulması zamanı götürdükləri borc öhdəliklərinin məbləğinin banklar tərəfindən şişirdilməsinin qarşısını almaq.

  • Normal fəaliyyət göstərən Şirkətlərin iflas etmiş şirkətlərlə və ya iflas etməsi real görünən şirkətlərlə birlikdə eyni qiymətləndirilməsi həmin şirkətlərin yenidən qurulması zamanı aralarındakı fərqin nəzərə alınması.

Tayland Krizisi zamanı hökümət bir başa müdaxilə etməmişdir.Sonradan hökümət Maliyə sektorunun yenidən qurulması üçün bir sıra addımlar atmışdır.

Fəaliyyətini davam etdirməsi mümkün olmayan Bankların ləğv edilməsi.

  • Nisbətən maliyyə çətinliyi yaşayan Bankların hüquqlarının qorunması üçün dövlət zəmanətlərinin verilməsi və həmin bankların yenidən formalaşması üçün şəraitin yaradılması.

  • Taylanda mövcud olan Bank sektorunun dünya standartlarına uyqunlaşdırılması üçün yenidən qurulma və dövlət dəstəyin həyata keçirilməsi.

  • Maliyyə sisteminin yenidən formalaşmasını təmin edə biləcək yeni bir qurumun yaradılması və Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın aid bəzi səlahiyyətlərinin həmin quruma verilməsini təmin etmək.

Qeyd edilənlərin tətbiqi tədricən iqtisadi krizisin sonlanmasına və problemli kreditlərinin həllinə təkan vermişdir.

Ümulikdə götürdükdə iqtisadi krizislər zamanı Maliyyə sektorunun yenidən qurulması aşağıdakı formada həyata keçirilir.

Maliyyə alətləri

Mərkəz Bankları tərəfindən verilən likvidlik dəstəyi

Dövlət zəmanəti

Dövlət dəstəyinin göstərilməsi

Operativ alətlər

Əlavə kapital qoyuluşu

Peşəkar işçi heyətinin cəlb edilməsi və yenilənməsi

Struktur alətlər

Bankların bağlanması,birləşdirilməsi,kiçildilməsi

Borcların yenidən qiymətləndirilməsi və formalaşdırılması

Özəlləşdirilmənin həyata keçirilməsi

Alik Əlibəyov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294