BANK

Ata Bank ASC dünyanın aparıcı ödəniş sisteminə qoşuldu
28 AVQUST
413

Ata Bank ASC dünyanın aparıcı ödəniş sisteminə qoşuldu

2017-08-28 15:41:00

Avqust ayının 28- də Exselsior hotelində Ata Bank dünyanın aparıcı ödəniş sistemlərindən biri olan UnionPay İnternational  şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi  imzalamışdır.

Fins.az xəbər verir ki, Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS- terminallarında emissiya etdiyi kartların sayına görə  dünya lideri olan UnionPay İnternational kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki , 2002- ci ilin mart ayında  Çin Dövlət Şurası və Çin Xalq Bankı tərəfindən təsis edilmiş UnionPay İnternational şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə  tranzaksiyaların həcminə görə liderdir.

UnionPay dünyanın 162 ölkəsində  xidmət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunlardan 70 milyonu  Çin sərhədlərindən kənarda ,dünyanın 40 ölkəsində  emissiya olunub.

!993 – cü ildən fəaliyyət göstərən AtaBank ASC 100% yerli kapitallı,yüksək texnologiyalı universal  Azərbaycan bankıdır.Göstəricilərinə görə  Azərbaycanın lider banklarından biridir.Bank Bakıda  və ölkənin digər regionlarında 31 filial və şöbəni,81 ATM və 18,000 POS- terminalı  əhatə edən  xidmət şəbəkəsi vasitəsi ilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294