BANK

Mərkəzi Bank hərracın nəticəsini açıqladı - 6 dəfə çox tələb
28 AVQUST
228

Mərkəzi Bank hərracın nəticəsini açıqladı - 6 dəfə çox tələb

2017-08-28 12:01:00

28.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 610,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

 Fins.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edib.

Xəbər verdiyimiz kimi, 21.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

 Mərkəzi Bank 100 milyon manta cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb etmişdi.

 Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293