BANK

Banklararası ticarətdə manat yenidən bahalaşdı
28 AVQUST 2017
562

Banklararası ticarətdə manat yenidən bahalaşdı

2017-08-28 09:47:00

Avqust ayının 28-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,15% ucuzlaşaraq 1.6967 manat olub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6985 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267