BANK

AMB 100 mln. manat cəlb edəcək
24 AVQUST
173

AMB 100 mln. manat cəlb edəcək

2017-08-24 16:27:00

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

Məlumata görə, hərrac 28 avqust 2017-ci il  tarixində keçiriləcək. Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 100 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294