BANK

Təhsil krediti verən banklar kampaniya başlatdı
24 AVQUST
441

Təhsil krediti verən banklar kampaniya başlatdı

2017-08-24 15:41:00

Bankların təqdim etdiyi kredit növləri arasında biri də təhsil kreditidir. Bu kredit növü bütün dünyada olduğu kimi ölkəmizdə də tətbiq edilir. Amma maraqlısı odur ki, ölkəmizdə bu kredit növünə maraq bir o qədər çox deyil baxmayaraq ki, kifayət qədər ali məktəblərdə təhsil alan var. Görünür maraq olmadığından və ya başqa səbəblərdən də ölkəmizdə fəaliyyət göstərən banklar da bu tip krediti təklif etmir. Əsk təqdirdə təhsil krediti verən bankların sayı çox olardı. Fins.az təhsil krediti verən bankların siyahısnı və şərtlərini təqdim edir.

Bank of Baku – Bank avqustun 31 -nə qədər aksiya keçirir. Təhsil krediti tələbənin valideynin və ya qohumunun adına rəsmiləşdirilir. Kampaniya çərçivəsində kredit götürülərkən komissiya haqqı tələb olunmur. Bundan başqa 3%-də illik faizlərə endirim edilir. Təhsil kreditinin məbləği isə 36 ay müddətinə 10 min manata qədər nəzərdə tutulub. Kreditin illik faizi 26-32%-dir.

Bank BTB - Adı çəkilən bank təhsil krediti götürmək istəyənlər üçün kampaniya keçirir. Belə ki əvvəllər illik faiz dərəcəsi 34 % idisə indi bank bu göstəricini kampaniya ilə əlaqədər olaraq 30% endirib. 2 min manata qədər kredit zaminsiz verilir. Bank BTB təhsil kreditini maksimum 3 il müddətinə 3 min manat məbləğində verir.

Bank Respublika – Bank təhsil krediti götürərək təhsil almaq istəyən tələbələr üçün sentyabrn 2-nə kimi kampaniya keçirir. İllik kredit faizi 30-36% dan 28% endirilib. Bundan başqa komissiya haqqı da yoxdur. Kreditin məbləği 350-3000 manat arasında dəyişir.

                                                              Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287