BANK

Rusiya banklarında müştəriləri gözün tor qişası ilə müəyyənləşdirəcəklər
24 AVQUST
266

Rusiya banklarında müştəriləri gözün tor qişası ilə müəyyənləşdirəcəklər

2017-08-24 14:16:00

2018-ci ildən Rusiyanın bəzi banklarında müştərilərin gözünün tor qişası ilə tanınması sistemi tətbiq ediləcək. Bu, şəxsiyyətinin təsdiqi üçün ən etibarlı üsuldur.

Fins.az xəbər verir ki, bu funksiyanı ilk olaraq “VTB Bank” tətbiq edəcək. Bankın rəsmi təmsilçisi artıq yeni ilin əvvəlindən sistemin tətbiqini vəd edib. “VTB Bank”dan sonra bu sistem ilə “Biqbank” işləyəcək.

Banklar təxminən 2-3 il sonra layihəni həyata keçirməyi vəd edir. Hazırda “VTB Bank” bu skanerlərin istehsalçısı ilə işləyir. “Tinkoff Bank” isə hələ ki, sistemin yaradılması imkanlarını nəzərdən keçirir.

Onlar bankın mobil əlavələrində istifadə olunacaq. Həmçinin bank smartfon istehsalçısı ilə əməkdaşlığı planlaşdırır, lakin istehsalçı haqqında hələlik məlumat verilmir. Bu funksiya bankların şöbələrində, bankomatlarda, terminallarda və smartfonda tətbiq ediləcək.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285