BANK

“Qara bazar”da dolların satışı ucuzlaşdı
24 AVQUST
957

“Qara bazar”da dolların satışı ucuzlaşdı

2017-08-24 11:45:00

Avqustun 24-də “qara bazar”da dolların satışı nisbətən ucuzlaşıb. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı isə 1.7000 manatdan 1.6980-1.6990 manata qədər düşüb. Dollar alverçilərinin sözlərinə görə, ucuzlaşmaya səbəb bankların eyni məzənnə ilə satış həyata keçirməsidir. Ona görə, fərdi qaydada valyuta satışı nisbətən ucuzlaşıb.

Avro isə “qara bazar”da yenidən bahalaşıb. Avropa valyutasının alışı 1.9900 manatdan 1.9950 manata yüksəlib. Satışı isə 2.00 manatdan 2.10-2.15 manata qədər artıb.

Rus rublunun məzənnəsi isə son bir neçə gündə stabil olaraq qalıb. Hazırda rublun alışı 2.80 qəpik, satışı isə 2.83 qəpikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291