BANK

Mərkəzi Bank 100mln manat yığdı
23 AVQUST
223

Mərkəzi Bank 100mln manat yığdı

2017-08-23 17:47:00

23 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100160S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 421,249,200.00 yerləşdirilmiş həcmi isə 100 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 20 sentyabr 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293