BANK

Azərbaycanda Bank Ombudsmanı institutu fəaliyyətə başlayacaq
23 AVQUST
493

Azərbaycanda Bank Ombudsmanı institutu fəaliyyətə başlayacaq

2017-08-23 12:18:00

Sentyabr ayında Azərbaycanda Bank Ombudsmanı institutu fəaliyyətə başlayacaq. Bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən “Vergilər” qəzetində məlumat verilib.

“Bank Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir”, - deyə məlumatda bildirilir. 

Ombudsman kreditlərin ödəilməsi və əmanətlərin qaytarılmasına aid çətinliklərin aradan qalrıdırlması məsələlərində vasitəşi qismində çıxış edəcək. İlkin mərhələdə Ombudsman 2 min ABŞ dolları və ya 3 min manatadək maliyyə mübahisələrinə baxacaq.

“Artiq ABA “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamaq məqsədilə ölkədə fəaliyyət göstərən banklara sorğular ünvanlayıb”, - deyə məlumatda bildirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289