BANK

Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır
22 AVQUST
168

Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır

2017-08-22 11:46:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Fins.az xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 58 761 329 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Son nəticədə AİF-in nizamnamə kapitalı 19,13% artaraq 307,239 mln. manatdan 366 mln. manata çatdırılacaq.

Xatırladaq ki, kapital artımı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanında nəzərdə tutulub.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291