BANK

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır
22 AVQUST
161

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

2017-08-22 11:16:00

Maliyyə Bazarlarına Nəzarət Palatası “Silkway Bank” ASC-nin yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Fins.az-ın məlumatına görə, emissiya “Silkway Bank”ın dövriyyədə olan 679 230 ədəd səhminin nominal dəyərinin 149,5 manatdan 154 manata çatdırılmasını nəzərdə tutur. Son nəticədə Bankın nizamnamə kapitalı 3 056 530 manat və yaxud 3,01% artaraq 101 544 885 manatdan 104 601 420 manata çatacaq. Kapital artımı ötən illərdə əldə edilmiş mənfəət hesabına həyata keçiriləcək.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 69,7%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293