BANK

Banklararası ticarətdə dollar yenidən ucuzlaşdı
21 AVQUST
296

Banklararası ticarətdə dollar yenidən ucuzlaşdı

2017-08-21 09:40:00

Avqust ayının 21-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,16% ucuzlaşaraq 1.6973 manat olub.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293