BANK

Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
16 AVQUST
201

Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2017-08-16 18:21:00

Avqustun 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100359S dövlət qeydiyyat nömrəli, 200 milyonmanat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10,01 faiz) olan 21 sifariş təqdim edilib. AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10,01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10,01 faiz) müəyyənləşdirilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 541,682,000.00 AZN, yerləşdirilmiş həcmi isə 200 milyon manat təşkil edib. Notlar sentyabrın 13-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293