BANK

Burada insanlara yer yoxdu
16 AVQUST
394

Burada insanlara yer yoxdu

2017-08-16 17:55:00

Honkonq fond birjası brokerlər üçün qapıları bağlayıb. 32 il burada işləyən işçilər indi işsiz qalıb. Buna səbəb elektron sövdələşmələrin həyata keçirilməsidir. Həmçinin bu yolla sövdələşmə, pula qənaət etməyə imkan verir. Fins.az qərb mediasına istinadən məlumat verir ki, Honkonq birja rəhbərliyi burada işləyən broker şirkətlərini satış zalının bağlanacağı barədə artıq xəbərdarlıq edib. Oktyabrdan etibarən bütün ticari anlaşmalar elektron versiyda keçiriləcək. 1985-ci ildən fəaliyyət göstərən birjada bir vaxtlar 5000 nəfər işləyib. Hazırda isə burada 30 nəfər işləyirdi.

Honkonq fond birjası əməliyyatlarının həcminə görə dünyada ikinci birja sayılır. Onun rəqibləri Tokio və Frankfurt birjaları artıq çoxdan ticarət zallarını bağlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285