BANK

Azərbaycanda banklararası valyuta kreditləri bahalaşıb
16 AVQUST
230

Azərbaycanda banklararası valyuta kreditləri bahalaşıb

2017-08-16 16:37:00

 Azərbaycanda xarici valyuta ilə banklararası kreditlər üzrə orta faiz dərəcəsi 10%-i keçib. Orta faiz aylıq müqayisədə 0,49 faiz bəndi artaraq cari il iyulun 1-nə 10,03%-ə çatıb.

Ən yükəsk faiz 17,2% olmaqla 30-90 günlük, ən az 0,71% olmaqla 1 ayadək kreditlərdə qeydə alınıb.

Hesabat dövründə manatla banklararası kreditlər isə əksinə, ucuzlaşıb və orta faiz 11,17%-dən 10,42%-ə enib. Ən yüksək faiz 20,62% olmaqla 30-90 günlük, ən aşağı faiz isə 3,0% olmaqla 1 ayadək kreditlərdə müşahidə olunub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292