BANK

“Bloomberg”də manat bahalaşdı –SON HƏRRAC
11 AVQUST
529

“Bloomberg”də manat bahalaşdı –SON HƏRRAC

2017-08-11 12:35:00

Avqust ayının 11-də banklararası ticarətdə dollar manat qarşısında ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,95% ucuzlaşaraq 1.6995 manat olub.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7158 manat məzənnəsi ilə aparılmışdı. Başqa sözlə, dollar bir gündə qalxdığı kimi yenidən düşdü.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297