BANK

Bu ölkədə nağd pullar olmayacaq
11 AVQUST
559

Bu ölkədə nağd pullar olmayacaq

2017-08-11 11:26:00

2030-cı ilə kimi İsvçedə nağd pullar dövriyyədən çıxarılacaq. Fins.az xəbər verir ki, bu barədə məlumat İsveçin Texniki universitetinin araşdırılmasında bildirilib. Qeyd edək ki, araşdırmada 740-dan çox şirkətin nümayəndəsi iştirak edib. Əgər proqnozlar özünün doğrultsa onda İsveç nağd puldan imtina etmiş ilk ölkə olacaq. Məlumatda bildirlir ki, hazırda nağdsız əməliyyatlarda ən çox marağı olan da elə İsveç vətəndaşlarıdır. Universitetin elmi araşdırmaçısı Niklos Arvidsson banklar üçün nağd pulla işləməyin əlavə xərc olduğunu bildirib. Hazırda İsveçdə nağdsəz əməliyyatların 80 % təşkil etdiyi bildirilir.  İsveçdə  yalnız yaşlılar və miqrantların  nağd puldan istifadə etdiyi bildirilir.

Arvidssonun sözlərinə görə nağdsız əməliyyatlara münasibət hər ölkədə bir cürdür. O Almaniyada insanların nağd əməliyyatlara daha çox üstünlük verdiklərini bildirib. Buna səbəb insanların öz pul vəsaitlərini kənar “gözdən” gizlətmək istəyidir.

Həmçinin ekspertlər qeyd edirlər ki, nağdsız əməliyyatlar ciddi şəkildə qorunma mexanizminin olmalı olduğu bildirilir. Belə ki, elektron sistemlərin sıradan çıxdığı zaman elə olmalıdır ki, insanlar yenə öz pulları ilə ödəniş edə bilsinlər. Həmçinin ekspert Benqt Nilerval plastik kartlarla ödənişin elə banklar üçün də sərfəli olduğunu və bu sistemin banklara gəlir gətirdiyini qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295