BANK

AİB "Şimal–Cənub" layihəsi üçün kreditin məbləğini 2 dəfə artırdı
11 AVQUST
219

AİB "Şimal–Cənub" layihəsi üçün kreditin məbləğini 2 dəfə artırdı

2017-08-11 10:30:00

Asiya İnkişaf Bankı (AİB) "Şimal-Cənub" dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Fins.az-ın bankın saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297