BANK

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb
10 AVQUST
197

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

2017-08-10 14:01:00

Azərbaycanda cari ilin yanvar-iyun ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 508 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 150 mln. manat və ya 42% artıb.

Əməliyyatların 371 mln. manatı POS-terminallar, 137 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 156 mln. manat və ya 73% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 6 mln. manat və ya 4% azalma qeydə alınıb.

Hesabata əsasən, cari ilin iyun ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 5 mln. manat və ya 8% azalaraq 58 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməyərək 26 mln. manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288