BANK

Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb
09 AVQUST
437

Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

2017-08-09 16:28:00

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyulun 1-nə 73,38% təşkil edib. Ötən ay bu göstərici 74,52%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,59% olub.

Fins.az-ın verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyulun 1-nə 76,77% olub. Keçən ay bu göstərici 75,2%, bu il yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 80,21% təşkil edib.

Kreditlərin strukturunda isə 2017-ci il iyulun 1-nə dollarlaşma dərəcəsi 42,65%, yanvarın 1-nə 47,32%, ötən il iyulun 1-nə 48,11%-ə bərabər olub. Cari il iyunun 1-nə isə kreditlərin strukturunda dollarlaşma dərəcəsi 45,75% təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297