BANK

Banklar müştərilərini itirir
09 AVQUST
523

Banklar müştərilərini itirir

2017-08-09 12:18:00

Bank müştərilərinin sayı azalmağa başlayıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin İyun ayında bank müştərilərinin sayı May ayının sonundakı 5692944-dan 5612810-a geriləyib. O cümlədən fiziki şəxs müştərilərin sayı  5614900-dən 5534553-ə düşüb. Ondan sahibkarlıqla məşğul olan fiziki şəxs müştərilərin sayı 205688-dən 210533-ə qalxıb. Hüquqi şəxs müşətərilərin sayı isə 77954-dən 78257-yə çıxıb.

İyunda banklarda müştəri hesablarının sayı 15837535-dən 15779096-ya,  cari hesablar  isə 13047360-dan 12992831-ə geriləyib.

İyunda kredit hesabları 2393198-dən 2396705-ə qalxıb, depozit hesabları 396977-dən 389560-ə düşüb.

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari hesabları 207076-dan 215598-ə, şirkətlərin cari hesabları isə 146890-dan 149053-ə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296