BANK

Banklar xaricə olan borclarını qaytarırlar
09 AVQUST
340

Banklar xaricə olan borclarını qaytarırlar

2017-08-09 11:32:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyulun 1-nə 6 milyard 800,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 28,8 milyon  manat və ya 0,42% azdır. 

Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 174,6 mln. manat və ya 2,64% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 5 ay davam edir.

Manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesinin davam edəcəyi gözlənilir. Dollar ekvivalentində xarici öhdəliklər iyulun 1-nə 3 milyard 995,3 milyon təşkil edib. Bu göstərici iyunun 1-nə 4 milyard 12,5 milyon dollar olub. Yəni, dollar ekvivalentində xarici öhdəliklər 17,2 mmilyon. dollar və ya 0,43% azalma göstərib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 milyard 71,7 milyon manat və ya 4 milyard 211,7 milyon  dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 216,4 milyon dollar və ya 5,14% azalma göstərib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296