BANK

Bank kartlarının sayı azalıb
09 AVQUST
242

Bank kartlarının sayı azalıb

2017-08-09 11:30:00

İyunda bank kartlarının sayı azalıb.

Fins.az xəbər verir ki, Mayın sonunda cəmi 5 milyon 558 min ədəd olan ödəniş kartlarının sayı İyun ayında 50 min ədəd azalaraq 5 milyon 508 min ədədə geriləyib.

Müqayisə olunan dövrdə sosial kartların sayı 2 mlyon 545 min ədəddən 2 milyon 490 min ədədə, kredit kartlarının sayı isə 566 min ədəddən 562 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayı 1 milyon 702 min ədəddən 1 milyon 708 min ədədə, digər debet kartlarının sayı isə 745 min ədəddən 748 min ədədə qalxıb.

Kredit kartlarının sayında azalma dayanmır. 2015-ci ilin yanvarında kredit kartlarının sayı 1 milyon 322 min ədədə çatmışdı.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288