BANK

“Günay Bank” son vəziyyəti məlum oldu
08 AVQUST
631

“Günay Bank” son vəziyyəti məlum oldu

2017-08-08 16:29:00

"Günay Bank" 2017-ci ilin yanvar-iyun aylarında 4 mln. 473,83 min manat məbləğində xalis mənfəət əldə edib. Bu barədə  bankdan məlumat verilib.

İyulun 1-nə bankın aktivləri 144 mln. 376,12 min manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 23,1% çoxdur. 

“Günay Bank”ın kredit portfeli 124 mln. 769,56 min manat (artım 22,4%), öhdəlikləri 84 mln. 129 min manat (artım 32,7%), depozitlər 43,224 mln. manat (artım 12,1%) təşkil edir.

1 iyul 2017-ci il tarixinə bankın kapitalı 60 mln. 247,13 min manata (artım 11,8%), nizamnamə kapitalı 64 mln. 910,093 min manata (dəyişməyib) bərabərdir. 

AMB qarşısında öhdəlikləri 6% azalıb 

1iyul 2017-ci il tarixinə "Günay Bank"ın Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 18,1 mln. manat həcmində qiymətləndirilir.  

Cari ilin əvvəlinə bankın AMB qarşısında öhdəlikləri 19,2 mln. manat təşkil edib. Beləliklə, yanvar-iyul aylarında «Günay Bank»ın Mərkəzi Bank qarşısında öhdəlikləri 5,7% azalıb. 

“Günay Bank” ASC bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı 1992-ci ildə alıb. Bankın səhmdarları 2 fiziki şəxsdir 

© “İnterfaks-Azərbaycan” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287