BANK

"Qara bazar"da avro qıtlığı yaranıb – TƏLƏBAT KƏSKİN ARTDI
08 AVQUST
693

"Qara bazar"da avro qıtlığı yaranıb – TƏLƏBAT KƏSKİN ARTDI

2017-08-08 15:06:00

Avqustun 8-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı 1.7000 manat təşkil edib.

Avronun alışı dəyişməsə də, satışı nisbətən ucuzlaşıb. Avropa valyutasının alışı hazırda 2 manatdır. Satışı isə 2.2000 manatdan 2.1000- 2.1500 manata düşüb.

Rus rublunun alışı 2,75 qəpikdən 2,76-2,77 qəpiyə yüksəlib, satışı isə 2.80 qəpik olaraq qalıb.

Dollar alverçilərinin sözlərinə görə, son bir neçə gündə “qara bazar”da avroya tələbat kəskin artıb: “Əvvəl gündə 1-2 nəfər avro üçün müraciət edirdisə, indi hər 7-8 nəfər avro almaq istəyir. Bundan əlavə, adi qaydada bir nəfər 100-200 avro üçün müraciət edirdisə, indi bu rəqəm 1500-2000 avroya qədər yüksəlib.” Dollar alverçiləri bildirirlər ki, tələbatın artması ilə yanaşı, “qara bazar”da avro qıtlığı yaranıb. Əsas səbəb isə odur ki, avro almaq istəyənlər artsa da, satmaq istəyən yoxdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288