BANK

Unibank menecmentini gücləndirir - YENİ TƏYİNATLAR
07 AVQUST
743

Unibank menecmentini gücləndirir - YENİ TƏYİNATLAR

2017-08-07 18:03:00

"Unibank" Kommersiya Bankı öz menecment qrupunu gücləndirməkdə davam edir.

 Fins.az xəbər verir ki, "Unibank"dan "Marja"ya daxil olmuş məlumata görə, Bank rəhbərliyinin qərarı ilə İdarə Heyətinin tərkibində bir sıra yeniliklər həyata keçirilib.

 Taleh Tahirli İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin Pərakəndə bank xidmətləri üzrə müavini, İqor Okayev isə İdarə Heyətinin üzvü seçilməklə İdarə Heyəti sədrinin Korporativ bank xidmətləri üzrə müavini vəzifəsinə təyin ediliblər.

 Rəhbərliyin qərarı ilə Tural Hüseynov “Korporativ bank xidmətləri departamenti”nin rəhbəri, Məcid Məmmədov isə İdarə Heyəti sədrinin Xüsusi layihələr üzrə müşaviri təyin olunub.

 Unibankda 22 ildən artıqdır müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərən Samir Balayev isə Müşahidə Şurası sədrinin müşaviri vəzifəsində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290