BANK

Hərracda 505 milyonluq tələb olub
07 AVQUST
410

Hərracda 505 milyonluq tələb olub

2017-08-07 12:28:00

07.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

Fins.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manata cəlb edəcəyini açıqlamışdı və bu məbləği cəlb edib.

Xəbər verdiyimiz kimi, 31.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 369,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi.  Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamış və bu həcmdə də cəlb etmişdi.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297