BANK

“Qara bazar”da avro sürətlə bahalaşır – 10,5%
07 AVQUST
1403

“Qara bazar”da avro sürətlə bahalaşır – 10,5%

2017-08-07 09:31:00

Avqustun 7-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə səhər saatlarında dolların alışı 1.6950 manat, satışı 1.7000 manat təşkil edib.

Avro isə kəskin bahalaşıb. Avropa valyutasının alışı 1.9700-1.9800 manatdan 2 manata, satışı isə 1.9900 manatdan 2.2000 manata qədər yüksəlib.

Başqa sözlə, avronun alışı ötən həftə sonu ilə müqayisədə 1,5%, satışı isə 10,5% bahalaşıb.

Rus rublunun məzənnəsi isə dəyişməz qalıb. “Qara bazar”dan verilən məlumata görə, rublun alışı 2,75 qəpik, satışı isə 2.80 qəpik təşkil edir.

 Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288