BANK

Mərkəzi Bank növbəti hərracı elan etdi
04 AVQUST
295

Mərkəzi Bank növbəti hərracı elan etdi

2017-08-04 10:59:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək. Fins.az xəbər verir ki, 7 avqust 2017-ci il tarixində keçiriləcək hərrac ilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün,  faiz dərəcəsi  10,01% – 14,99% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 31.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 369,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

Qeyd edək ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu həcmdə də cəlb etmişdir.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296