BANK

Bank sektorunda işləyənlərin sayı artdı
04 AVQUST
191

Bank sektorunda işləyənlərin sayı artdı

2017-08-04 10:05:00
Bank sektorunda işləyənlərin sayı artmağa başlayıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30 İyun 2017-ci il tarixinə  bank sektorunda işləyənlərin sayı 61 nəfər artaraq 16095 nəfər olub. Bu ilin may ayında  isə bank sektorunda işçilərin sayı 16 034 nəfər idi.  
Qeyd edək ki, apreldə bank sektorunda işləyənlərin sayı 98 nəfər, mayda isə 180 nəfər azalmışdı.
Bank sektorunda çalışanların sayı ötən ilin sonunda isə  16947 nəfər olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288