BANK

Banklara aid son rəqəmlər – AÇIQLANDI
04 AVQUST 2017
672

Banklara aid son rəqəmlər – AÇIQLANDI

2017-08-04 09:49:00

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 4,5% azalaraq 30,036.9 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, 6 ay ərzində bankların cəmi öhdəlikləri 7,5% azalaraq 27,322.9 milyon manat, o cümlədən depozit portfeli 1,7% artaraq 16,687.2 milyon manat olub. Bunun 6,880,7 milyon manatını fiziki şəxslərin depozitləri, 9.806.5 milyon manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bundan əlavə sektorun balans kapitalı 42,2% azalaraq 2,714.0 milyon manat təşkil eidb. Əhalinin əmanətləri 7,4% azalaraq 6,880.7 milyon manata düşüb. Şirkətlərin vəsaitləri isə 9,2% artıb.


Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,503-dür.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.

2017-ci ilin 30 iyun tarixinə olan bank sektorunun əsas göstəriciləri belədir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267