BANK

Banklararası ticarətdə dollar bahalaşdı
04 AVQUST
725

Banklararası ticarətdə dollar bahalaşdı

2017-08-04 09:33:00

Avqust ayının 4-də banklararası ticarətdə dollar bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.7014 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların 0,18% bahalaşması deməkdir.

Qeyd edək ki, son bir həftədə dollar ilk dəfə 1.70 manat həddini keçib. İyulun 27-dən etibarən banklar arasında ticarət 1.6983 manat məzənnəsi ilə aparılırdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288