BANK

Banklararası ticarətdə dollar ucuzlaşdı
03 AVQUST
419

Banklararası ticarətdə dollar ucuzlaşdı

2017-08-03 11:39:00

Avqust ayının 3-də banklararası ticarətdə dolların məzənnəsi yenilənib. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6982 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların 0,01% ucuzlaşması deməkdir.

Qeyd edək ki, iyul ayının 27-dən etibarən banklar öz aralarında dolları 1.6983 manat kursu ilə ticarət edirdilər.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297