BANK

“AFB Bank”ın rəhbərliyində yeni təyinat
02 AVQUST
634

“AFB Bank”ın rəhbərliyində yeni təyinat

2017-08-02 16:51:00

AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib. Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsindən məzun olmuş Elnur Qurbanov 1999 – 2002-cı illərdə “KPMG Azerbaijan”,  2002 – 2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar “AFB Bank” ASC-də fəaliyyətini bundan sonra Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.

Bundan başqa, Zaur Qaraisayev  “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsini bitirmiş Z.Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2002 - 2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviri olub.

28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankının 253 saylı lisenziyasını almış “AFB Bank” ASC 2009-cu ilin fevralından fəaliyyətdədir. “AFB Bank” ASC-nin xidmət şəbəkəsi mərkəzi ofisdən başqa 10 filialı, 3 şöbəni, 1 mübadilə şöbəsini və 50 ATM-i özündə birləşdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288