BANK

Azərbaycanda POS-terminalların azalması davam edir
17 İYUL
282

Azərbaycanda POS-terminalların azalması davam edir

2017-07-17 09:28:00

Azərbaycanda dövriyyədə olan POS-terminalların sayı aylıq 444 ədəd azalaraq cari il iyunun 1-nə 70 714 ədəd təşkil edib.

Fins.az xəbər verir ki, ilin əvvəli ilə müqayisədə isə 1 632 ədəd azalma qeydə alınıb. POS-terminalların 39 708 ədəd və ya 56,6%-i paytaxt Bakı şəhərinin payına düşüb. Paytaxtda bir ayda 128 ədəd POS-terminal azalıb. Cari il iyunun 1-nə əsasən ölkədə hər 140 nəfərə bir POS-terminal düşüb. 

Qeyd edək ki, ölkədə POS-terminalların sayında azalma 2016-cı il dekabr ayından başlayıb və azalma hər ay ardıcıl olaraq davam edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295