BANK

Azərbaycanda kredit kartlarının sayı azalıb
14 İYUL
267

Azərbaycanda kredit kartlarının sayı azalıb

2017-07-14 17:30:00

Bankların kredit kartlarının sayı azalmaqda davam edir.

Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci il iyunun 1-də kredit kartlarının sayı 566 min ədəd təşkil edib.

Mayda kredit kartlarının sayı 81 min ədəd azalıb. Mayın əvvəlində banklar 647 min ədəd kredit kartına malik idilər.

2015-ci ilin yanvar ayının sonunda bankların kredit kartlarının sayı 1 milyon 322 min ədədə çatmışdı. Həmin vaxtdan bəri kredit kartlarının sayı 756 min ədəd azalıb.

İyunun əvvəlində cəmi ödəniş kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edib. Kartların 2 milyon 545 mini sosial, 1 milyon 702 mini əməkhaqqı, 745 mini isə digər debet kartlarıdır.

Bu ilin 5 ayı ərzində əmək haqqı kartları 181 min ədəd, digər debet kartları 115 min ədəd artıb, sosial kartlar isə 7 min ədəd azalıb.

Yanvar-May aylarında cəmi ödəniş kartları 224 min ədəd artıb. Buna baxmayaraq cəmi ödəniş kartlarının sayı 2015-ci ilin iyunundakı 6 milyon 88 min ədəd ilə müqayisədə azdır.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288