BANK

Azərbaycanda problemli kreditlərin xüsisi çəkisi artıb
14 İYUL
274

Azərbaycanda problemli kreditlərin xüsisi çəkisi artıb

2017-07-14 10:55:00

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2017-ci il iyunun 1-nə 1 739,8 mln. manat təşkil edib.

Fİns.az xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 145,8 mln. manat və yaxud 9,15% çoxdur.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 225,6 mln. manat və yaxud 14,90% artıb.

Qeyd edək ki, bu il iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76%-ni təşkil edib. Bu nisbət əvvəlki ayda 10,32%, 2016-ci ilin analoji dövründə isə 8,32% olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286