BANK

Azərbaycan banklarının xarici öhdəlikləri azaldı
14 İYUL
193

Azərbaycan banklarının xarici öhdəlikləri azaldı

2017-07-14 10:50:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyunun 1-nə 6 829,2 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 270,1 mln. manat və ya 3,8% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 135,5 mln. manat və ya 2,02% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 4 ay davam edir.

"Report"un analitik qrupu hesab edir ki, manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesi davam edəcək. Dollar ekvivalentində xarici öhdəliklər iyunun 1-nə 4 012,5 mln. təşkil edib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln.-a bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 199,2 mln. dollar və ya 4,7% azalma göstərib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286