BANK

Valyuta hərracına maraq artır
13 İYUL
1150

Valyuta hərracına maraq artır

2017-07-13 14:50:00

Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.02 qəpik bahalaşıb. Fins.az-ın verdiyi xəbərə görə, bununla məzənnə 1.7022 AZN/USD səviyyəsində formalaşıb.

Bank sektorundan aldığımız məlumata əsasən, hərraca çıxarılan 35 milyonun 34 milyon 150 min dolları satılıb. Qeyd edək ki, bu son iki ay ərzində satılan məbləğlər içində rekord sayılır. Müqayisə üçün iyul ayında satılan məbləğlərə diqqət yetirək: belə ki iyulun 4-dü – 11 milyon dollar, iyulun 6-sı 9 milyon dollar, 11-i isə 17 milyon dollar satılıb.

Həmçinin sifarişlərin də sayı artıb. Uzun müddətdir ki, hərrac formal bir rol oynayırdı və maksimum 3 sifariş qəbul edirdi. Bu günkü hərracda isə artıq 14 sifariş qəbul olunub, bu da onu göstərir ki, banklar hərracda iştirak etməyə başlayıb.

Onu da qeyd edək ki, son günlər banklararası ticarət kəskin azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292