BANK

"Bank BTB” ilin yarısını mənfəətlə başa vurdu
13 İYUL
229

"Bank BTB” ilin yarısını mənfəətlə başa vurdu

2017-07-13 10:16:00

"Bank BTB” ASC 2017-ci ilin ilk yarımilliyi üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən 30.06.2017-ci il tarixinə Bankın aktivləri 235 067.3 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-ə yaxın artım deməkdir.

Eyni zamanda Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 50.5% artaraq 135 931.2 min manata çatıb. Hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə banka cəlb edilmiş vəsaitlər üzrə ümumilikdə 42.5% artım olub. Yarım ilin yekununda bankın mənfəəti 121.8 min manat olub. Məcmu kapital Maliyyə Bazarlarına Nəzarət Palatasının ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 53 168.85 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294