BANK

Bankların aktivləri azalıb – İCMAL
12 İYUL
438

Bankların aktivləri azalıb – İCMAL

2017-07-12 16:36:00
2017-ci il iyunun 1-dək Azərbaycanda fəaliyyət göstərən 31 bankın cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 2,758.8 milyon manatdır. 
Qeyd edək ki, 2017-ci il mayın 1-dək bankların  cəmi aktivləri 30,779.2 milyon manat olub. 
İlk 5 ayda əhalinin banklarda olan əmanətləri 6,820.1 milyon manat təşkil edib.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.
2017-ci ilin 31 may tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285