BANK

Bu bank zərərdən xeyli uzaqdadı – HESABAT
12 İYUL
828

Bu bank zərərdən xeyli uzaqdadı – HESABAT

2017-07-12 16:24:00

İqtisadi vəziyyətin daha çətin olduğu 2015-2016-cı illəri  xalis mənfəətlə başa vuran “Bank Silk Vey” ASC 2017-ci ilin 1-ci yarısını da belə tamamlayıb. Fins.az “Bank Silk Vey”in maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bank 2017-ci ilin yanvar-iyun aylarını 2 milyon 959 min manat xalis mənfəət ilə başa vurub.

Xatırladaq ki, bank  2016-cı ili 1 milyon 546 min manat, 2015-ci ili isə 1 milyon 530 min manat xalis mənfəətlə başa vurmuşdu.

Bu ilin 6 ayı ərzində Bankın cəmi gəlirləri 21 milyon 630 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 4 milyon 509 min manat əməliyyat mənfəəti qalıb və bu mənfəətdən 1 milyon 414 min manatı ehtiyatlara ayrılıb. 136 min manat isə mənfəət vergisi ödənilib.

30 iyun 2017-ci il tarixində “Bank Silk Vey” 411 milyon 349 min manat cəmi aktivlərə, 292 milyon 617 min manat cəmi öhdəliklərə, 118 milyon 731 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 392 milyon 532 min manat cəmi aktivlərə, 287,5 milyon manat cəmi öhdəliklərə və 104 milyon 990 min manat cəmi kapitala malik idi.

İyunun sonunda Bankın müştərilərə verdiyi kreditlər 375 milyon 649 min manat, depozitlər isə 174 milyon 91 min manat təşkil edib. Ötən ilin sonunda bu rəqəmlər müvafiq olaraq 388 milyon 332 min manat və 170 milyon 44 min manat idi.

© Marja 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294